...

Son bir ildə aqrar biznes festivallarında satış həcmi 8 milyon manatı ötüb - Direktor

İqtisadiyyat Materials 20 İyun 2025 11:26 (UTC +04:00)
Son bir ildə aqrar biznes festivallarında satış həcmi 8 milyon manatı ötüb - Direktor
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu günədək 66 bölgədə aqrar biznes festivallarını təşkil etmişik. Son bir il ərzində bu festivallarda satış həcmi 8 milyon manatdan çox olub.

Trend xəbər verir ki, bunu Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bölgələrdə təşkil ediləcək məhsul festivallarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, bu festivallarda həm kənd təsərrüfatı təyinatlı texnikalarının, həm pilotsuz uçuş aparatlarının, həm də pestisid və digər kənd təsərrüfatı təyinatlı mal və məhsulların satışı həyata keçirilib: "Son bir il ərzində aqrar biznes festivallarında fermerlərə güzəştli kreditlər təklif edilib.

Ümumilikdə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ölkənin müxtəlif regionlarında Məhsul Festivallarına start verilir. İlk dəfə vahid konsepsiya əsasında keçiriləcək bu festivallar 9 iqtisadi rayonu əhatə etməklə, 2025-ci ilin iyun-noyabr ayları ərzində 13 rayonda təşkil olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti