...

Azərbaycan maliyyə texnologiyaları üçün regional haba çevrilə bilər - "XPay" baş direktoru

Cəmiyyət Materials 20 İyun 2025 12:28 (UTC +04:00)
Azərbaycan maliyyə texnologiyaları üçün regional haba çevrilə bilər - "XPay" baş direktoru
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İlk dəfədir Bakıdayam və Azərbaycanda startapların inkişaf səviyyəsinə və Azərbaycan xalqının qonaqpərvərliyinə valeh olmuşam.

Trend xəbər verir ki, bunu “Xpay” baş direktoru Mohammed Abdelmotaleb “Baku ID 2025” çərçivəsində keçirilən panel müzakirəsində Azərbaycanla bağlı öz təəsüratlarını bölüşərkən deyib.

Baş direktorun sözlərinə görə, o burada özünü evindəki kimi hiss edir. Abdelmotaleb Azərbaycanda maliyyə texnologiyaları sahəsində 22-dən çox lisenziyalı startapın olmasına heyran qalıb.

“Bu, Azərbaycanın maliyyə sektorunu inkişaf etdirməyə olan istəklərini əks etdirən təsirli bir rəqəmdir. Bu, bizim kimi bir şirkət üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanı regionda inteqrasiya üçün potensial bir mərkəz kimi görürük. Bu seçimin səbəblərindən biri də aramızdakı mədəni yaxınlıqdır,” – deyə “Xpay” şirkətinin baş direktoru bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti