Bakı. Trend:
"Takeda Osteuropa Holding GMBH" (Avstriya) Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ləğv edilir.
Trend xəbər verir ki, bu barədə şirkət özü elan edib.
Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1141 Bakı şəhəri, Yasamal rayonu, Ə.Camil küçəsi, ev 64/66 ünvanına bildirə bilərlər.
Şirkətin fəaliyyət sahəsinə ticarət əməliyyatları, pərakəndə tibbi və ortopedik məhsullar (əczaxana vasitəsilə), kosmetika, farmasevtika istehsalı və ticarəti daxildir.
Sözügedən şirkət Azərbaycanda 2009-cu ildə "Nicomde East Europe" nümayəndəliyi olaraq dövlət qeydiyyatına alınıb. 2013-cü ildə isə şirkət rebrendinq edərək indiki adını alıb. Şirkətin Azərbaycandakı nümayəndəliyinin qanuni təmsilçisi İsmayılov Elmar Sadıq oğludur.