Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Azərbaycandan Rumıniyaya 377,1 milyon ABŞ dolları dəyərində 683,7 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 164,9 milyon ABŞ dolları və ya 77,7%, həcm ifadəsində isə 339,3 min ton və ya 2 dəfə çoxdur.
Dövr ərzində Rumıniya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycandan 17 ölkəyə 5,6 milyard ABŞ dolları dəyərində 10,4 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 615,9 milyon ABŞ dolları və ya 9,8% az, həcm ifadəsində isə 493,4 min ton və ya 5% çoxdur.