...

Dünən bank hesablarından nə qədər pul oğurlanıb?

Gündəm Materials 20 İyun 2025 10:59 (UTC +04:00)
Dünən bank hesablarından nə qədər pul oğurlanıb?
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

İyunun 19-da bir sıra şəxslərin bank hesablarından 12500, 4179, 2300, 1213, 1012, 700, 498, 450, 300, 280, 200, 116, 85, 70, 63, 26, 20 və 18 manat kiber üsulla oğurlanıb.

Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Daxili İşlər Nazirliyi bir daha diqqətə çatdırır ki, naməlum nömrələrdən gələn zənglərə və mesajlara cavab verilməməlidir.

Tövsiyə edilir ki, SMS, e-poçt və messencerlərdəki şübhəli linklərə daxil olmayın, bank kartınızın nömrəsini, PIN kodunu, CVV kodunu, OTP (birdəfəlik şifrə) kimi məlumatları heç bir halda paylaşmayın. Tanımadığınız şəxslərə, həmçinin özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edənlərə inanaraq məlumatlarınızı verməyin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti