...

"Barselona"nın futbolçusu yeni müqaviləyə razılıq verdi

İdman Materials 20 İyun 2025 03:53 (UTC +04:00)
"Barselona"nın futbolçusu yeni müqaviləyə razılıq verdi

Bakı. Trend:

Jül Kundе "Barselona" ilə müqaviləsini uzadacaq.

Trend xəbər verir ki, 26 yaşlı müdafiəçi Kataloniya klubu ilə yeni müqavilə bağlamağa şifahi razılıq verib. Futbolçu baş məşqçi Hans-Diter Flikə komandada qalmaq istədiyini bildirib.

Tərəflər yaxın həftələrdə tam razılığa gələcəklərinə əmindirlər.

Qeyd edək ki, keçən La Liqa mövsümündə Kunde 32 oyun keçirib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti