...

Bu gün sertifikatlaşdırılma imtahanında iştirak edən müəllimlərin sayı açıqlandı

Cəmiyyət Materials 19 İyun 2025 19:37 (UTC +04:00)
Bu gün sertifikatlaşdırılma imtahanında iştirak edən müəllimlərin sayı açıqlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü yekunlaşıb.

Bu barədə Trend-ə MÜTDA məlumat verib.

İyunun 19-da keçirilən test imtahanında 4228 nəfər müəllim iştirak edib, 98% davamiyyət qeydə alınıb.

Bildirilib ki, bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 20 iyun saat 12:00-dan etibarən start veriləcək.

Proseslə bağlı müraciətləri olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Qeyd edək ki, müraciətlərin qəbulu 20 iyul saat 12:00-a qədər davam edəcək.

Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

Xəbər lenti

Xəbər lenti