...

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı vacib qərar verib

Dünya xəbərləri Materials 19 İyun 2025 15:40 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Mərkəzi Bankının Pul-Kredit Siyasəti üzrə Komitəsinin iyunun 19-da keçirilən iclasının nəticələrinə əsasən, Türkiyədə əsas uçot dərəcəsinin dəyişilməz olaraq – 46% civarında saxlanılmasına qərar verilib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin tənzimləyicisinin saytında məlumat yayılıb.

Bundan başqa, Mərkəzi Bank kreditlər üzrə overnayt faiz dərəcəsini 49% civarında, depozitlər üzrə overnayt faiz dərəcəsini isə 44,5 faiz civarında saxlayıb.

Tənzimləyicinin açıqlamasında vurğulanır ki, bundan sonrakı dövrdə Türkiyə Mərkəzi Bankının qərarları inflyasiyanın azaldılması və ortamüddətli perspektivdə 5%-lik inflyasiya hədəfinə çatmaq üçün zəruri olan pul-kredit və maliyyə şəraitinin formalaşdırılmasına yönəldiləcək.

Xatırladaq ki, əvvəlki – aprel iclasında Türkiyə Mərkəzi Bankı gözlənilmədən əsas faiz dərəcəsini 42,5%-dən 46%-ə qaldırmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti