...

Azərbaycanın portfel investisiyaları üzrə xalis maliyyə aktivləri artıb

İqtisadiyyat Materials 19 İyun 2025 13:13 (UTC +04:00)
Azərbaycanın portfel investisiyaları üzrə xalis maliyyə aktivləri artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin birinci rübündə Azərbaycanın portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 0.6 milyard dollar artıb, xalis maliyyə öhdəlikləri isə 4.7 milyon dollar azalıb.

Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə portfel investisiyaları üzrə aktivlər dövlət (7.8 milyon dollar) sektorunun, bankların (480.1 milyon dollar) və digər (165.1 milyon dollar) sektorların hesabına artmış, kapitalda iştiraka təminat verən qiymətli kağızların (23.8 milyon dollar) hesabına azalıb.

Öhdəliklər isə əsasən, kapitalda iştiraka təminat verən qiymətli kağızların (1.0 min dollar) və digər (6.4 milyon dollar) sektorların hesabına artmış, dövlət (11.1 milyon dollar) sektorunun, bankların (18.0 min dollar) hesabına isə azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti