...

Baş Prokurorluqda yeni idarə rəisi təyin edildi

Cəmiyyət Materials 19 İyun 2025 16:56 (UTC +04:00)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə yeni rəis təyin edilib.

Trend-in əldə etdiyi məlumata görə, müvafiq əmrlə bu vəzifəyə III dərəcəli dövlət ədliyyə müşaviri Ceyhun Kazımov təyin edilib.

Qeyd edək ki, Ceyhun Kazımov daha əvvəl Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti