...

Ölkədə birbaşa xarici investisiyalar üzrə xalis maliyyə aktivləri azalıb

İqtisadiyyat Materials 19 İyun 2025 13:08 (UTC +04:00)
Ölkədə birbaşa xarici investisiyalar üzrə xalis maliyyə aktivləri azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin birinci rübündə Azərbaycanın birbaşa xarici investisiyalar üzrə xalis maliyyə aktivləri 144.1 milyon dollar, xalis maliyyə öhdəlikləri isə 239.6 milyon dollar azalıb.

Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 1.5 milyard dollar, xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 315.1 milyoj dollar olub.

Ümumilikdə, birbaşa xarici investisiyalar üzrə 95.5 milyon dollar kəsir yaranıb.

Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 73.5% təşkil edib. 2025-ci ilin I rübü üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-541.6 milyon dollar) azalması neft-qaz sektoru üzrə cəlb olunmuş investisiya ilə (1 116.6 milyon dollar) həmin sektor üzrə kapitalın repatriasiyası (1 658.2 milyon dollar, əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır.

Qiymətləndirmələrə görə qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 2.2 dəfə artaraq 402.4 milyon dollar olub ki, bunun da bir hissəsi (146.9 milyon dollar) ölkə iqtisadiyyatına gəlirlərin təkrar investisiyası ilə bağlı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti