Bakı. Trend:
Bu ilin I rübündə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 8,8% artaraq 751,9 milyon dollar təşkil edib. Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (380,5 milyon dollar) idxalı (371,4 milyon dollar) üstələməsi nəticəsində 9,1 milyon dollar həcmində profisit yaranıb.
Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 0,7%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 1,1% azalıb. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 371,4 milyon dollar olub. Bunun 79,2%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla).
Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 0,4 milyon dollar təşkil edib. Qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 61% artaraq 0,5 milyard doar olub.