...

"Araz-Naxçıvan" braziliyalı futbolçu transfer etdi

İdman Materials 19 İyun 2025 14:58 (UTC +04:00)
"Araz-Naxçıvan" braziliyalı futbolçu transfer etdi
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

“Araz-Naxçıvan” heyətinə daha bir yeni futbolçu qatıb.

Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Naxçıvan təmsilçisi Bruno Franko ilə müqavilə imzalayıb. Braziliyalı sol cinah müdafiəçisi ilə anlaşma 1 illikdir.

27 yaşlı futbolçu ötən mövsüm Sofiya “Lokomotiv”ində çıxış edib. “Lokomotiv”ə qədər o, Bolqarıstanın “Spartak” (Pleven), eləcə də Braziliyada “Matonense”, “Rio Branco”, “Batatais”, “Mogi Mirim” klublarının formasını geyinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti