...

Killian Mbappe xəstəxanaya yerləşdirilib

İdman Materials 19 İyun 2025 17:51 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın “Real Madrid” komandasının futbolçusu Kilian Mbappe xəstəxanaya yerləşdirilib.

Trend xəbər verir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, fransalı forvardda əsasən yay mövsümündə rast gəlinən qastroenterit xəstəliyi aşkarlanıb. Mbappe müxtəlif testlərdən keçəcək və bir müddət xəstəxanada müalicə alacaq. Oyunçunun hansı tarixdə yaşıl meydana qayıdacağı hələlik dəqiq deyil.

Xəbər lenti

Xəbər lenti