...

Sabahın hava PROQNOZU

Cəmiyyət Materials 19 İyun 2025 12:41 (UTC +04:00)
Sabahın hava PROQNOZU
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Trend

Bakıda və Abşeron yarımadasında iyunun 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, havanın temperaturu gecə +19 dərəcədən +22 dərəcəyədək, gündüz +26 dərəcədən +31 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu +18 dərəcədən +23 dərəcəyədək, gündüz +30 dərəcədən +35 dərəcəyədək, dağlarda gecə +5 dərəcədən +10 dərəcəyədək, gündüz +13 dərəcədən +18 dərəcəyədək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti