...

Azərbaycanın xalis maliyyə aktivləri 1 milyard dollardan çox artıb

İqtisadiyyat Materials 19 İyun 2025 13:05 (UTC +04:00)
Azərbaycanın xalis maliyyə aktivləri 1 milyard dollardan çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin I rübü üzrə Azərbaycanın xalis maliyyə aktivləri 1.2 milyard dollar artıb.

Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (-144.1 milyon dollar), portfel investisiyaları (629.2 milyon dollar) və digər investisiyalar (694.5 milyon dollar) hesabına formalaşıb.

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 45.1 milyon dollar azalıb ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-239.6 milyon dollar), neft bonusu (450.2 milyon dollar), portfel investisiyaları (-4.7 milyon dollar) və digər investisiyalar (-251.0 milyon dollar) hesabına formalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti