Bakı.Trend:
İsrail və İran arasında toqquşma ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə, İran İslam Respublikasındakı Səfirliyimizə, habelə Təbriz şəhərindəki Baş Konsulluğumuza daxil olan müraciətlər əsasında ölkəmizin vətəndaşlarının və əcnəbilərin İran ərazisindən çıxması prosesi davam edir.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
O bildirib ki, indiyə qədər 77 ölkədən daxil olan müraciətlər müvafiq qaydada nəzərdən keçirilir və həmin ölkələrin vətəndaşlarının keçidinə şərait yaradılır.
Rusiyanın, Birləşmiş Krallığın, Kanadanın, İtaliyanın xarici işlər nazirləri, eləcə də müxtəlif səviyyələrdə bir çox ölkələr dəstəyə görə Azərbaycana dərin minnətdarlıqlarını bildiriblər", - XİN rəsmisi vurğulayıb.