...

Şəmkirdə istixana yanıb

Hadisə Materials 20 İyun 2025 03:11 (UTC +04:00)

Bakı. Trend:

Şəmkir rayonunun Qədimqala kəndində ümumi sahəsi 6400 m² olan istixananın polietilen üzlüyü 80 m² sahədə və istixananın ərazisində sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, istixananın və talvarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti