...

Almaniyada cüdo üzrə Avropa Kuboku keçiriləcək

İdman Materials 19 İyun 2025 22:24 (UTC +04:00)
Almaniyada cüdo üzrə Avropa Kuboku keçiriləcək

Bakı. Trend:

21–22 iyun tarixlərində Almaniyanın paytaxtı Berlində cüdo üzrə gənclər arasında Avropa Kuboku keçiriləcək.

Trend xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda Azərbaycan 7 çəki dərəcəsində 17 cüdoçu ilə təmsil olunacaq.

Milli komandamıza gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edəcək.

Turnirdə 37 ölkədən 618 idmançı (372 oğlan, 246 qız) qüvvəsini sınayacaq.

Oğlanlar

-60 kq
Nihad Məmişov
Fərid Qarayev

-66 kq
Məhəmməd Musayev
Nizami İmranov

-73 kq
Mehdi Cəfərov
Əbil Yusubov
Nihad Yəhyayev
Abdurrahman Səbzəliyev

-81 kq
Cəsur İbadlı
Süleyman Şükürov
Mehdi Abbasov

-90 kq
Əli Qaziməmmədov
Tuncay Şamil
Aslan Kotsoyev

-100 kq
Davud Namazlı

+100 kq
Eldar Əliyev
Ramazan Əhmədov

Xəbər lenti

Xəbər lenti