Bakı. Trend:
“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov qarşıdan gələn “UFC Fight Night: Hill vs Rountree Jr.” turniri ilə bağlı fikirlərini bölüşüb və azarkeşləri azərbaycanlı döyüşçüləri dəstəkləməyə səsləyib.
Trend xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası məlumat yayıb.
Q.Qurbanov hamını 21 iyun tarixində “Baku Crystal Hall”a gəlməyə və azərbaycanlı döyüşçülərimizi dəstəkləməyə dəvət edib.
“Özüm də Bakıda keçiriləcək UFC turnirində olacam. Bu vacib anda döyüşçülərimizin yanında olmalı, onlara dəstək göstərməliyik. “Baku Crystal Hall”da Azərbaycan azarkeşlərini görmək bizə xoş olardı. Avrokubok oyunlarında “Qarabağ”ın matçları zamanı stadionu 30-35 min azarkeş doldurur. Hər kəsi Bakıda keçiriləcək UFC turnirinə dəvət edirik”, - deyə o qeyd edib.