...

Diplomatik pasporta malik Azərbaycan və Şimali Makedoniya vətəndaşları vizadan azad ediləcəklər

Siyasət Materials 19 İyun 2025 13:30 (UTC +04:00)
Diplomatik pasporta malik Azərbaycan və Şimali Makedoniya vətəndaşları vizadan azad ediləcəklər
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisə Azərbaycanla Şimali Makedoniya arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi barədə qanun layihəsi daxil olub.

Trend xəbər verir ki, qanun layihəsi Milli Məclisin iyunun 21-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

“Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsinin səsverməyə qoyularaq qəbul edilməsi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti