Bakı. Trend:
Bu ilin I rübü ərzində Azərbaycanın tədiyə balansının ehtiyat aktivləri 0.4 milyard dollar azalıb.
Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.
Hesabat dövründə tədiyə balansı üzrə xalis səhvlər və buraxılışlar mənfi 0.3 milyard dollar həcmində olub.
Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabında 1.1 milyard dollar həcmində profisit formalaşıb, kapital və maliyyənin hərəkəti balansında isə 1.2 milyard dollarlıq kəsir yaranıb.
Dövr ərzində ölkənin ehtiyat aktivlərinin reallaşmış hissəsi 0.4 milyard dollar azalıb. Bununla belə, ölkənin strateji valyuta aktivləri dövrün sonuna 2.5 milyard dollar artaraq 73.5 milyard dollara çatıb.
Bu dövrdə xam neftin orta qiyməti 74.2 dollar/barel olub.