Bakı. Trend:
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində “Qazprom”un baş direktoru Aleksey Miller ilə görüşərək qaz sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.
Trend-in məlumatına görə, bu barədə Bayraktar sosial şəbəkə hesabında paylaşım edib.
“Milli enerji şirkətimiz “Botaş” ilə “Qazprom” arasında təbii qaz sahəsində mövcud əməkdaşlığı hərtərəfli nəzərdən keçirdik. Bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün mövcud imkanları və genişləndirilməsi vacib olan istiqamətləri qiymətləndirdik”, – deyə nazir bildirib.