...

Xorvatiya Azərbaycandan neft alışını 49% artırıb

Energetika Materials 20 İyun 2025 10:12 (UTC +04:00)
Xorvatiya Azərbaycandan neft alışını 49% artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycandan Xorvatiyaya 408,9 milyon ABŞ dolları dəyərində 744,7 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 134,6 milyon ABŞ dolları və ya 49,1%, həcm ifadəsində isə 326,2 min ton və ya 77,9% çoxdur.

Dövr ərzində Xorvatiya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycandan 17 ölkəyə 5,6 milyard ABŞ dolları dəyərində 10,4 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 615,9 milyon ABŞ dolları və ya 9,8% az, həcm ifadəsində isə 493,4 min ton və ya 5% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti