Bakı. Trend:
İsrailin Beer-Şeva şəhərində İranın atdığı ballistik raketlərdən birinin texnopark qarşısında partlaması nəticəsində “Microsoft” korporasiyasının yerli ofisi yaxınlığında güclü yanğın meydana gəlib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, ballistik raket zərbəsi ərazidə dağıntılara səbəb olsa da, qurbanların olmadığı bildirilir.
Qeyd edək ki, Beer-Şeva şəhəri İsrailin Nevatim aviabazası yaxınlığında yerləşir.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.