Bakı. Trend:
Azərbaycan Bankının sədri (AMB) Taleh Kazımov Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarteni qəbul edib.
Trend AMB-yə istinadən xəbər verir ki, 2021-ci ilin iyun ayından bu vəzifədə çalışan xanım Duarte missiyasını uğurla tamamlayır.
Görüş zamanı sədr ölkədə və regionda BMK-nın fəaliyyətinə verdiyi dəyərli töhfələrə və məhsuldar əməkdaşlığa görə ona təşəkkür edib və gələcək işlərində uğurlar arzulayıb.
Görüşün sonunda xatirə fotosu çəkilib.