...

Bakıda yaxın zamanda Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun ofisi açılacaq

İqtisadiyyat Materials 20 İyun 2025 16:13 (UTC +04:00)
Bakıda yaxın zamanda Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun ofisi açılacaq
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın zamanda Bakıda Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun ofisi açılacaq.

Trend xəbər verir ki, bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən III Azərbaycan – Özbəkistan regionlararası forumunun gedişində bildirib.

Nazir qeyd edib ki, ilkin kapitalı 500 milyon ABŞ dolları olan fondun idarəsi hazırda Daşkənddə yerləşir. Onun sözlərinə görə, sahibkarların, o cümlədən, zalda iştirak edənlərin fəal iştirakı ilə bu vəsaitlərin maksimum operativ və səmərəli şəkildə mənimsənilməsi gözlənilir.

Mikayıl Cabbarov, həmçinin, Özbəkistanda Azərbaycanın Ticarət Nümayəndəliyinin yaradıldığını xatırladıb. Bu nümayəndəlik ixracın təşviqi, investisiya əməkdaşlığının inkişafı, iki ölkə sahibkarları arasında birbaşa biznes əlaqələrinin qurulması və regionda birgə kooperasiya layihələrinin həyata keçirilməsi üçün əsas alətə çevriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti