Bakı. Trend:
İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərək, Beynəlxalq Atom Enerjisi Agentliyini (BAEA) İranın nüvə obyektlərinə edilən hücumlara qarşı səssiz qalmamağa çağırıb.
Trend xəbər verir ki, İrəvani çıxışında İsrailin təcavüzü davam etdiyi müddətcə İranın özünümüdafiə hüququndan istifadə edəcəyini vurğulayıb.
Diplomat əlavə edib ki, İran ABŞ-nin münaqişəyə müdaxilə edə biləcəyi ehtimalı ilə bağlı yayılan məlumatlardan narahatdır.
“Aydın şəkildə bildirmək istərdim: İranın nüvə proqramı tamamilə dinc xarakter daşıyır və dünyada ən genişmiqyaslı yoxlamalara məruz qalan proqramlardan biridir,” – deyə o, bəyan edib.
İran nümayəndəsinin çıxışına cavab olaraq İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon bildirib ki, İran beynəlxalq ictimaiyyətdən özünü müdafiə etməsini tələb edə bilməz. “İranın yaratdığı nüvə təhlükəsi aradan qalxana qədər dayanmayacağıq,” – Danon qeyd edib.