Bakı. Trend:
"Neftçi" PFK 2025/2026-cı illər mövsümünə hazırlıq planını açıqlayıb.
Trend xəbər verir ki, “ağ-qaralar”ın təlim-məşq toplanışı iki mərhələdən ibarət olacaq. Birinci mərhələ iyunun 25-dən iyulun 14-dək Bakıda, “Neftçi” Futbol Mərkəzində keçiriləcək.
Hazırlığın ikinci mərhələsi isə iyulun 15-dən avqustun 2-dək Polşanın Keltse şəhərində baş tutacaq. Komanda “Binkovski Hotel”də məskunlaşacaq və bu müddət ərzində 4 yoxlama oyunu keçirməyi planlaşdırır.
Yoxlama görüşləri 17, 22, 27 iyul və 1 avqust tarixlərində oynanılacaq. Artıq iki rəqib müəyyənləşib – iyulun 27-də “Neftçi” Yunanıstanın “Asteras Tripolis”, avqustun 1-də isə Kiprin AEL klubu ilə qarşılaşacaq. Digər rəqiblər və oyun saatları barədə əlavə məlumat veriləcək.