Bakı. Trend:
Rusiyanın “Spartak” klubunun yarımmüdafiəçisi Ruslan Litvinov karyerasını Türkiyədə davam etdirə bilər.
Trend xəbər verir ki, Rusiya mətbuatı “Beşiktaş” klubunun 23 yaşlı futbolçu ilə maraqlandığını yazıb. Bildirilir ki, İstanbul təmsilçisi Litvinovun “Spartak”la yeni müqavilə imzalayıb-imzalamayacağını diqqətlə izləyir.
Əgər Moskva klubu futbolçunun 2026-cı ildə başa çatacaq hazırkı müqaviləsini yeniləyə bilməzsə, “Beşiktaş” onu transfer etmək üçün konkret addımlar atacaq.
Qeyd edək ki, Litvinov ötən mövsüm Rusiya Premyer Liqasında 21 oyunda forma geyinsə də, məhsuldarlıq baxımından fərqlənməyib.