...

İranın beynəlxalq internetə çıxışı bərpa olunacaq – İranlı nazir

Dünya xəbərləri Materials 21 İyun 2025 14:07 (UTC +04:00)
İranın beynəlxalq internetə çıxışı bərpa olunacaq – İranlı nazir
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün yerli vaxtla saat 20:00-dan İranın beynəlxalq internetə çıxışı bərpa olunacaq.

Trend-in məlumatına görə, bunu İranın rabitə və informasiya texnologiyaları naziri Səttar Haşemi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, ötən günlərdə İranda beynəlxalq internetə qarşı çoxlu sayda kiberhücumların qarşısı alınıb.

Qeyd edək ki, hazırda İranın Kütləvi İnformasiya Vasitələrinin beynəlxalq internetə çıxışı məhdudlaşmış vəziyyətdədir.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti