...

Büdcə fondlarının istifadə olunmamış vəsaiti vahid xəzinə hesabının sərbəst qalığına köçürüləcək

İqtisadiyyat Materials 21 İyun 2025 17:37 (UTC +04:00)
Büdcə fondlarının istifadə olunmamış vəsaiti vahid xəzinə hesabının sərbəst qalığına köçürüləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Məqsədli büdcə fondlarının ilin sonuna qalan istifadə olunmamış vəsaiti vahid xəzinə hesabının sərbəst qalığına köçürüləcək.

Trend-in xəbərinə görə, bu məsələ Milli Məclisin iyunun 24-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, müstəqil mədaxil mənbələrinə malik olan məqsədli büdcə fondlarının hesablarında ilin sonuna qalan istifadə olunmamış vəsait növbəti büdcə ilində onların gəlirlərinə daxil edilir.

Təklif edilən dəyişikliklə müstəqil mədaxil mənbələrinə malik olan məqsədli büdcə fondlarının hesablarında ilin sonuna qalan istifadə olunmamış vəsait vahid xəzinə hesabının sərbəst qalığına köçürüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti