...

Cəlilabadda iki avtomobil toqquşdu - Ölən var

Hadisə Materials 21 İyun 2025 20:41 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Trend xəbər verir ki, qəza Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, “VAZ 2106” və “Mercedes” markalı minik avtomobilləri bir-biri ilə toqquşub. Güclü zərbə nəticəsində “VAZ”ın sərnişini – 1957-ci il təvəllüdlü, Göytəpə şəhər sakini Əminağa Xudaqulu oğlu Tağıyev hadisə yerində həyatını itirib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri ekspertiza və istintaq tədbirlərindən sonra məlum olacaq.

Xəbər lenti

Xəbər lenti