...

Klublararası dünya çempionatı: "Borussiya" və "İnter" qələbə qazanıblar

İdman Materials 22 İyun 2025 02:16 (UTC +04:00)
Klublararası dünya çempionatı: "Borussiya" və "İnter" qələbə qazanıblar

Bakı. Trend:

ABŞ-da təşkil olunan klublararası dünya çempionatı davam edir.

Trend-in məlumatına görə, D qrupunda CAR-ın “Mamelodi Sandauns” və Almaniyanın “Borussiya” kollektivləri üz-üzə gəliblər. 7 qolun vurulduğu matçda Dortmund təmsilçisi qələbə qazanıb - 4:3.

Digər oyun isə E qrupunda baş tutub. İtaliyanın “İnter” klubu Yaponiyanın “Urava Reds” komandasını 2:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, klublararası dünya çempionatına iyulun 13-də yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti