...

İran “SEPAH”ı İsrailə 40 raket atıb

Dünya xəbərləri Materials 22 İyun 2025 11:56 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) “Doğru Vəd III” əməliyyatının İsrailə qarşı 20-ci mərhələsi çərçivəsində 40 raket atıb.

Trend-in məlumatına görə, bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) “Doğru Vəd III” əməliyyatının sözçüsü polkovnik İman Tacik yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, bu əməliyyatın effektiv olması və daha dağıdıcı olması məqsədilə ilk dəfə olaraq bir neçə başlıqlı “Xeybərşekən” ballistik raketindən istifadə olunub.

Tacik deyib ki, “Ben Qorion” aeroportu, İsrailin Bioloji Tədqiqat Mərkəzi, Nəzarət və Komandanlıq Alternativ Mərkəzləri İranın uzaqdan idarə olunan yüksək dağıdıcı qabiliyyətə malik raketləri tərəfindən vurulub.

“İran Silahlı Qüvvələrinin potensialının əsas hissələri bu əməliyyatlarda istifadə olunmayıb”, - deyə o qeyd edib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xəbər lenti

Xəbər lenti