...

Füzulidə ferma sahibini öldürən şəxsə hökm oxundu

Hadisə Materials 21 İyun 2025 19:07 (UTC +04:00)
Füzulidə ferma sahibini öldürən şəxsə hökm oxundu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Füzulidə ferma sahibini öldürməkdə təqsirləndirilən Anar Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin cinayəti sübuta yetirilib və ona 10 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında baş verib.Təqsirləndirlən Anar Mahmudov şəxsi münasibət zəminində çoban işlədiyi fermanın sahibi Yaşar İbişovu qətlə yetirib.

Ona Cinayət Məcəlləsinin 120.1.-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti