...

Azərbaycan ət ixracını artırıb

İqtisadiyyat Materials 21 İyun 2025 17:49 (UTC +04:00)
Azərbaycan ət ixracını artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı.Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycana 41,1 milyon dollar dəyərində ət idxal edilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 7,3 milyon ABŞ dolları və ya 15,1% azdır.

Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0.41%-ni təşkil edib.

Eyni zamanda, cari ilin ilk 5 ayında Azərbaycandan 519 min ABŞ dolları dəyərində ət ixrac edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 29,6 min ABŞ dolları və yaxud 6,1% artım deməkdir.

Qeyd edək ki, Azərbaycanda 2025-ci ilin yanvar-may aylarında diri çəkidə 233,6 min ton ət istehsal edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 min ton və ya 1,2% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti