...

İsrail İrana aid daha iki dronu vurub (YENİLƏNİB)

Dünya xəbərləri Materials 21 İyun 2025 12:11 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusu İrana aid daha iki pilotsuz uçuş aparatını vurub.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

İki dronun İsrailin cənubunda yerləşən Arava bölgəsi üzərində vurulduğu bildirilir. Dron təhlükəsi ilə bağlı Beyt-Şean adlı ərazidə həyəcan təbili çalınıb.

İsrail-İran eskalasiyası başlanandan bəri ilk dəfə olaraq İran PUA-sı yaşayış sahəsinə daxil olub və onun yaşayış binalarından birinə çırpıldığı deyilir.

Əraziyə təcili tibbi yardım dəstələrinin göndərildiyi bildirilir.

xxx

10:35

İrandan İsrailə buraxılmış daha bir pilotsuz uçan aparat Israil hərbi hava qüvvələri tərəfindən vurulub.

Trend xəbər verir ki, bu haqda İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Qeyd edilir ki, dronun harda vurulduğu dəqiq bildirilməsə də, bundan əvvəl Beyt Şean vadisi və Qərb Sahilinin şimalında potensial dron hücumu ilə bağlı həyəcan təbili çalınmışdı.

xxx

09:21

İsrail Qolan təpələri bölgəsində yerləşən bir neçə rayonda dron təhlükəsi ilə bağlı həyəcan təbili çalıb.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Məlumata görə, İrandan buraxıldığı deyilən pilotsuz uçan aparat İsrail ordusu tərəfindən qısa vaxtda zərərsizləşdirib və yaşayışın olmadığı ərazidə yerə çırpılıb.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti