...

Ali Məclisə seçkilərin təyin edilməsi qaydası dəyişir

Cəmiyyət Materials 21 İyun 2025 12:15 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin təyin edilməsi qaydası dəyişir.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, Naxçıvan MR Ali Məclisinin sədri Naxçıvan MR Ali Məclisinə seçkiləri təyin edir.

Təklif edilən dəyişikliyə görə, Naxçıvan MR-in Ali Məclisinə seçkiləri Naxçıvan MR Ali Məclisi sədrinin təklifləri əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edəcək.

Həmçinin müharibə şəraitində hərbi əməliyyatların aparılması Naxçıvan MR Ali Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Naxçıvan MR Ali Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılacaq. Bu barədə qərar Naxçıvan MR-də seçkilərin hazırlanmasını və keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Naxçıvan MR Ali Məhkəməsi tərəfindən qəbul ediləcək.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti