Bakı.Trend:
Ötən il ən çox cinayət əmək qabiliyyəti olan, işləməyən və oxumayan şəxslər tərəfindən törədilib. Bu kateqoriyaya aid olan şəxslər tərəfindən 2024-cü ildə 12 510 cinayət törədilib.
Trend xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin "Azərbaycan rəqəmlərdə" adlı qısa məcmuəsində əks olunub.
Məlumatda qeyd olunub ki, ötən il fəhlələr tərəfindən 1 157, qulluqçular tərəfindən 486, kənd təsərrüfatı işçiləri tərəfindən 27, təhsilalanlar tərəfindən 35, əmək qabiliyyəti olan, işləməyən və oxumayan şəxslər tərəfindən 12 510, digər məşğulluq növləri üzrə faəliyyət göstərən şəxslər tərəfindən isə 8 270 cinayət törədilib.