...

Moldova səfiri Qarabağda infrastrukturun inkişafında əhəmiyyətli irəliləyişin olduğunu vurğulayıb

Siyasət Materials 21 İyun 2025 18:00 (UTC +04:00)
Moldova səfiri Qarabağda infrastrukturun inkişafında əhəmiyyətli irəliləyişin olduğunu vurğulayıb
Aygün Bəliyarli
Aygün Bəliyarli
Bütün xəbərlər

Ağdam. Trend:

Bu gün Qarabağ bölgəsinə etdiyimiz səfər məndə böyük təəssürat doğurdur, belə ki, hər üç şəhərdə - Laçında, Şuşada və Ağdamda qısa müddət ərzində həm infrstrukturda, həm də yerli əhali üçün şəraitin yaradılmasında əhəmiyyətli dərəcədə irəliləyişə nail olunub.

Trend xəbər verir ki, bunu Moldovanın Azərbaycandakı səfiri Aleksandr Yesaulenko Ağdam səfəri çərçivəsində jurnalistlərə deyib.

"Bu, Azərbaycan hökumətinin tarixən bu ərazilərdə yaşamış insanlara qayğı göstərdiyini nümayiş etdirir. Görürük ki, bu bölgəyə həyat və sülh qayıdıb, Qarabağ isə Azərbaycan xalqı üçün birlik və rifahın rəmzinə çevrilib. Bu münasibətlə mən Azərbaycan hökumətini Qarabağ bölgəsində əldə olunmuş bu əlamətdar uğur münasibətilə təbrik etmək istəyirəm", – deyə o yekunlaşdırıb.

Qeyd edək ki, dünəndən Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Laçın rayonuna səfəri başlayıb. Səfərdə səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, hərbi attaşelər də daxil olmaqla ümumilikdə 100-ə yaxın diplomat iştirak edir.

Səfər çərçivəsində nümayəndələr “Hoçazfilm” kinostudiyasını və “Yurd” qalereyasını ziyarət ediblər. Kinostudiyada qonaqlara filmlərdə istifadə olunan müxtəlif maketlər təqdim olunub.

“Yurd” qalereyasında isə qonaqlara Qarabağ xalçaları nümayiş olunub. Xüsusilə Laçında toxunan xalçalar böyük maraq doğurub. Qonaqlara xalçaçılıq prosesi, o cümlədən ilmələrin necə atıldığı əyani şəkildə göstərilib.

İyunun 21-də diplomatik korpusun nümayəndələri Şuşa və Ağdam şəhərlərində olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti