...

UFC Fight Night: Tofiq Musayev qırğızıstanlı idmançıya məğlub olub (FOTO)

İdman Materials 22 İyun 2025 00:38 (UTC +04:00)
UFC Fight Night: Tofiq Musayev qırğızıstanlı idmançıya məğlub olub (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda ilin ən gözlənilən idman hadisələrindən biri - "UFC Fight Night" turniri keçirilir.

Trend xəbər verir ki, yüngül çəki dərəcəsi üzrə əsas kartda Tofiq Musayev (debütant, Azərbaycan) vs. Mıktıbek Orolbay (13-2-1, Qırğızıstan) qarşılaşıblar.

Qırğızıstan təmsilçisi qalib gəlib.

Xatırladaq ki, “UFC Fight Night” turniri ilk dəfə olaraq 21 iyun tarixində Bakıda keçiriləcək. Baku Crystal Hall-da baş tutacaq döyüş gecəsində 6-sı əsas kartda, 6-sı isə ilkin kartda olmaqla, ümumilikdə 12 döyüş olacaq.

Bakıda UFC gecəsinin əsas döyüşü UFC-nin keçmiş yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xəlil Rauntri arasında baş tutacaq.

Ən vacib ikinci döyüş isə yüngül çəkidə azərbaycanlı döyüşçü Rafael Fiziev ilə çilili rəqibi İqnasio Baxamondes arasında keçiriləcək.

Həmçinin, oktaqona çıxacaq azərbaycanlı döyüşçülər – Nazim Sadıxov və Tofiq Musayev müvafiq olaraq braziliyalı Nikola Mottaya və qırğızıstanlı Mıqtıbek Orolbaya qarşı döyüşəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti