...

FHN Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib (FOTO)

Cəmiyyət Materials 21 İyun 2025 12:22 (UTC +04:00)
FHN Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib (FOTO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

FHN-in Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə Lənkəran Beynəlxalq Hava Limanında keçirilən birgə təlimə Nazirliyin Cənub Regional Mərkəzi, Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti və Dövlət Yanğın Nəzarəti Xidmətinin, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Lənkəran Beynəlxalq Hava Limanı üzrə bölməsinin, Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının, Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin və Lənkəran Beynəlxalq Hava Limanının qüvvə və vasitələri cəlb olunub.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd hava limanında yanğın təhlükəsizliyi tədbirlərinin səmərəliliyinin, habelə fövqəladə hallara çevik reaksiya verilməsi imkanlarının artırılması, eyni zamanda hava limanı ilə Fövqəladə Hallar Nazirliyinin yerli qurumları arasında qəza-xilasetmə əməliyyatlarında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsindən ibarət olub.

Təlim zamanı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olan şərti yanğın barədə məlumat əsasında müxtəlif xidmətlərin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə işçilərin “təhlükəli ərazidən” təxliyəsi, onlara təxirəsalınmaz ilkin tibbi yardımın göstərilməsi, yanğın yerində kəşfiyyat və yanğınla mübarizə əməliyyatları simulyasiya edilib.

Uğurla keçən təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Qeyd edək ki, bu cür birgə təlimlər fövqəladə halların effektiv idarə olunması, hava limanlarında əməliyyat dayanıqlığının artırılması və müvafiq strukturlar arasında inteqrasiya olunmuş cavab sisteminin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Xəbər lenti

Xəbər lenti