Bakı.Trend:
Ötən il ən çox cinayət törədənlər 30 yaşdan yuxarı şəxslər olub.
Trend xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin "Azərbaycan rəqəmlərdə" adlı qısa məcmuəsində əks olunub.
Məlumatda qeyd edilib ki, 2024-cü ildə 14-17 yaş aralığında olan şəxslər tərəfindən 472, 18-29 yaş aralığında olanlar tərəfindən 5 584, 30 və yuxarı yaşda olanlar tərəfindən isə 16 429 cinayət törədilib.
