...

Azərbaycanda payızlıq əkin sahələrinin 36%-ə yaxın hissəsində biçin başa çatıb

İqtisadiyyat Materials 21 İyun 2025 14:41 (UTC +04:00)
Azərbaycanda payızlıq əkin sahələrinin 36%-ə yaxın hissəsində biçin başa çatıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda payızlıq əkin sahələrinin 35.6 faizində biçin başa çatıb, sahələrdən 1087507 ton məhsul yığılıb. Buğda sahələrinin 13.2 faizi, arpa sahələrinin isə 62.1 faizi biçilib.

Trend bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hazırda orta məhsuldarlıq buğda üzrə 35.3%, arpa üzrə isə 32.2% təşkil edir.

"Biçin prosesində 1604 kombayn iştirak edir. Bunlardan 598 kombayn “Aqroservis” ASC-nin, 1006 kombayn isə fiziki və hüquqi şəxslərin balansında olan texnikalardır. Hazırda ən çox kombayn Cəlilabad (127 ədəd), Şəki (120 ədəd), Ağsu (112 ədəd), Kürdəmir (86 ədəd) rayonlarında biçinə cəlb olunub.

2024-2025-ci təsərrüfat ilində əkilmiş 426623 hektar arpa sahəsinin 264861 hektarı biçilib, sahələrdən 852176 ton arpa yığılıb", - məlumatda bildirilib.

Qeyd edilir ki, artıq Neftçala, Lənkəran, Salyan, Yevlax, Bərdə rayonlarında arpa biçini tam yekunlaşıb. Ağdam, Ağdaş, Cəlilabad, Füzuli, Naftalan, Hacıqabul, Masallı, Saatlı, Sabirabad, Şuşa, Tərtər, Ucar və Zərdabda arpa biçini göstəricisi 90 faizdən çoxdur.

Qeyd olunub ki, hazırda respublikanın 51 rayonunda aktiv biçin aparılır. Biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti