...

Ötən gün bank kartlarından oğurlanan vəsait açıqlandı

Cəmiyyət Materials 21 İyun 2025 11:35 (UTC +04:00)
Ötən gün bank kartlarından oğurlanan vəsait açıqlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 20-də vətəndaşların bank kartlarından 8160, 800, 425, 397, 200, 185, 85, 73 manat və 920, 32 dollar məbləğində pul vəsaitləri kiber üsulla oğurlanıb.

Trend xəbər verir ki, bu bardədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu cür cinayət halları adətən naməlum nömrələrdən gələn zəng və SMS-lər, habelə saxta saytlar və platformalar vasitəsilə həyata keçirilir.

"Şəxsi bank kartı məlumatlarını, xüsusilə, kartın nömrəsini, PIN kodunu, CVV kodunu və bir dəfəlik təsdiq (OTP) şifrələrini heç bir halda digər şəxslərlə, o cümlədən özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edən şəxslərlə paylaşmaq olmaz.

Daxili İşlər Nazirliyi vətəndaşları bir daha diqqətli olmağa, şübhəli hallarla rastlaşdıqda dərhal polis orqanlarına və banklara müraciət etməyə çağırır",- deyə məlumata əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti