...

Azərbaycanda indiyə kimi meyitdən köçürülən orqanların sayı açıqlandı

Cəmiyyət Materials 21 İyun 2025 15:09 (UTC +04:00)
Azərbaycanda indiyə kimi meyitdən köçürülən orqanların sayı açıqlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı.

Bu günə qədər üç meyit donordan altı buynuz qişa, iki qaraciyər və iki böyrək köçürülməsi həyata keçirilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, Qafqaz regionunda ilk dəfə olaraq Azərbaycanda ilk meyit donordan orqan və toxuma köçürülməsi həyata keçirilib.

"İlk dəfə qaraciyər, gözün buynuz qişası köçürüldü və üç insan şəfa tapdı. 2025-ci ilin fevral ayına kimi könüllü donor sayı 50-yə yaxın olduğu halda, hazırda bu rəqəm 250-yə yaxındır. Bu günə qədər üç meyit donordan altı buynuz qişa, iki qaraciyər və iki böyrək köçürülməsi həyata keçirilib", - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti