...

Qarabağda aparılan bərpa işlərindən çox təsirlənmişik - Peter Mixalko

Cəmiyyət Materials 21 İyun 2025 14:14 (UTC +04:00)
Qarabağda aparılan bərpa işlərindən çox təsirlənmişik - Peter Mixalko
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Şuşa. Trend:

Qarabağda aparılan bərpa işlərindən çox təsirlənmişik.

Trend xəbər verir ki, bunu bu gün Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Qarabağ səfəri çərçivəsində jurnalistlərə deyib.

“Bu gün Şuşa şəhərində olmaq çox xoşdur – bura gözəl bir məkandır. Mən dəfələrlə Qarabağı ziyarət etmişəm və hər dəfə bu bölgədə, eləcə də ölkənin digər yerlərində çoxlu gözəl yerləri özüm üçün kəşf etmişəm. Qarabağda aparılan bərpa prosesindən də çox təsirlənmişik”, – deyə diplomat qeyd edib.

Onun sözlərinə görə, insanlar bölgəyə qayıdır və burada həyat tədricən bərpa olunur.

“Avropa İttifaqı regionda sülhün bərqərar olunmasına, o cümlədən minatəmizləmə prosesinə dəstək göstərməklə öz töhfəsini verir. Bu, əhalinin təhlükəsiz şəkildə geri dönüşü və onların ləyaqətli və firavan həyat şəraitinin yaradılması üçün zəruri olan ilkin mərhələdir”, – Mixalko vurğulayıb.

Qeyd edək ki, dünəndən Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Laçın rayonuna səfəri başlayıb. Səfərdə səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, hərbi attaşelər də daxil olmaqla ümumilikdə 100-ə yaxın diplomat iştirak edir.

Səfər çərçivəsində nümayəndələr “Hoçazfilm” kinostudiyasını və “Yurd” qalereyasını ziyarət ediblər. Kinostudiyada qonaqlara filmlərdə istifadə olunan müxtəlif maketlər təqdim olunub.

“Yurd” qalereyasında isə qonaqlara Qarabağ xalçaları nümayiş olunub. Xüsusilə Laçında toxunan xalçalar böyük maraq doğurub. Qonaqlara xalçaçılıq prosesi, o cümlədən ilmələrin necə atıldığı əyani şəkildə göstərilib.

İyunun 21-də diplomatik korpusun nümayəndələri Şuşa və Ağdam şəhərlərinə yola düşəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti