...

İranla danışıqları sürətləndirəcəyik - Makron

Dünya xəbərləri Materials 21 İyun 2025 16:04 (UTC +04:00)
İranla danışıqları sürətləndirəcəyik - Makron
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa prezidenti Emmanuel Makron avropalı tərəfdaşları ilə birlikdə İranla danışıqları sürətləndirmək niyyətindədir.

Trend xəbər verir ki, bunu Makronun özü İran prezidenti Məsud Pezeşkianla telefon danışığından sonra “X” səhifəsində paylaşdığı yazıda bildirib.

“Mən müharibədən çıxmağa və daha böyük təhlükədən qaçmağa imkan verən yolun olduğuna əminəm. Buna nail olmaq üçün Fransa və onun avropalı tərəfdaşlarının İranla başlatdığı danışıqları sürətləndirəcəyik”, - deyə Makron bildirib.

Makron əlavə edib ki, İran nüvə silahına sahib olmamalıdır. Onun sözlərinə görə, Tehran öz nüvə proqramının dinc xarakter daşıdığına dair zəmanətlər təqdim etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti