...

İsrail Əhvaz və Mahşəhri vurub

Dünya xəbərləri Materials 21 İyun 2025 19:44 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail eyni vaxtda İnqilab Keşikçiləri Korpusunun Əhvaz və cənub-qərbdəki Mahşəhrdəki kazarma və qərargahını hədəfə alıb.

Trend-in İran mətbuatına istinadən məlumatına görə, İsrail eyni vaxtda İranın əsas neft hasilatı bölgəsi olan Xuzistan əyalətinin cənub-qərbindəki İran İnqilabı Keşikçiləri Korpusunun kazarma və qərargahına və Mahşəhr limanına hücum edib.

Hücumdan sonra hava hücumundan müdafiə sistemləri işə salınıb və güclü tüstünün yüksəldiyi müşahidə edilib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.

Xəbər lenti

Xəbər lenti